Qazaxıstanda dopinq qalmaqalı

Qazaxıstanda dopinq qalmaqalı

Qazaxıstanın "Tobol" klubunun futbolçusu Ruslan Valiullində dopinq aşkarlanıb.

Fanat.Az xəbər verir ki, bu barədə bildiriş futbolçunun Qazaxıstan milli komandasının nümayəndə heyətinin tərkibində Finlandiyaya getdiyi vaxt - sentyabrın 2-də çatdırılıb. Ancaq müdafiəçi yığmanın oyununda yox, daha əvvəl, konkret, "Jilina" ilə Konfrans Liqasının 3 -cü turunun cavab oyununda "ilişib".   

Ruslan Valiullinlə klubun digər futbolçusu Sergey Maliydən alınan dopinq testi birincidə müsbət çıxıb. Antidopinq qaydalarını pozması ilə əlaqədar UEFA tərəfindən futbolçuya intizam işinin açılıb. Hazırda klub qadağan olunmuş maddələrin futbolçunun qanına necə girə biləcəyini müəyyən etmək üçün daxili yoxlama aparılır.

Qazaxıstan Futbol Federasiyasının baş katibi Azamat Aytxojin "R-Sport"un müxbirinə açıqlamasında xəbəri təsdiq edib: "Futbolçu ilə söhbət etdik, onun sözlərinə görə, bunlar qadağan olunmuş dərmanlar siyahısına daxil olan bəzi vitaminlər idi. Özü də bu şeydən istifadə etdiyini söylədi. Klub rəsmi sənəd hazırlayır, amma milli komandanın bununla heç bir əlaqəsi yoxdur. Bu kluba aid məsələdir".

Qeyd edək ki, Valiullin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də keçirilən Qazaxıstan - Ukrayna matçının əsas qəhrəmanı olub. O, dubl edərək ev sahiblərinə heç-heçə ilə xal qazandırıb. Ertəsi dopinq xəbəri barədə bildiriş alındığından, ayın 4-də Finlandiya və 7-də Bosniya və Hersoqovina ilə görüşlərdə iştirak etməyib.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər