Qazaxıstanda 2 "qızıl" qazandıq

Qazaxıstanda 2 "qızıl" qazandıq
Qazaxıstanın Almatı şəhərində keçirilən boks üzrə dünya çempionatına yekun vurulub. Fanat.az xəbər verir ki, yarışın son günündə Azərbaycan himni iki dəfə səslənib.
56 kq çəki dərəcəsində yarışan Cavid Çələbiyev yarımfinalda qazaxıstanlı Kayrat Yaralıyevi, finalda rus Vladimir Nikitini yenərək Azərbaycan millisinə ilk qızıl medalı qazandırıb. Dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) yarımfinalda London Olimpiadasında uduzduğu Roberto Kammarelleni (İtaliya) yenib. Məcidov finalda qazaxıstanla İvan Dıçkoya qalib gəlib. Maraqlıdı ki, o, ilk iki raundda rəqibinə uduzub. Lakin son hissədə rəqibini nakauta salıb.
Qeyd edək ki, Azərbaycan millisi yarışı 2 qızıl və 1 bürünc medalla başa vurub. Bundan əvvəl Teymur Məmmədov (91 kq) üçüncü olmuşdu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər