Qazaxıstan yığmasının baş məşqçisi postundan getdi - RƏSMİ

Qazaxıstan yığmasının baş məşqçisi postundan getdi - RƏSMİ

Qazaxıstan Futbol Federasiyası (KFF) millinin baş məşqçisi Talqat Baysufinovla vidalaşıb.

Fanat.Az xəbər verir ki, məlumatı sözügedən federasiyanın mətbuat xidməti yayıb.

57 yaşlı mütəxəssisin istefa qərarının qəbul edildiyi bildirilib. Onun yerini kimin tutacağı indilik bəlli deyil. KFF bu yöndə axtarışların davam etdirildiyini bildirib.

Baysufinov 2025-ci ilin oktyabrında Qazaxıstan yığmasında əsas söz sahibi idi. O, 2016-2017 və 2020-2022-ci illər aralığında da millinin baş məşqçisi olub. 

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər