Qazaxıstan mətbuatı: “Emil Balayev “Tobol”u tərk edəcək”

Qazaxıstan mətbuatı: “Emil Balayev “Tobol”u tərk edəcək”
Milli komandamızın qapıçısı Emil Balayev böyük ehtimalla "Tobol”u tərk edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Qazaxıstanın sports.kz saytı xəbər yayıb.
Xəbərdə bildirilir ki, avrokubklardan kənarda qalan komandanın heyəti mövsüm başa çatandan sonra zəifləyir: "Heyətə cəlb edilən futbolçular hətta Qazaxıstan standartları səviyyəsində ortadı. Yeni qapıçı İqor Şatski, sözsüz ki, istedadlıdı. Amma Emil Balayevdən çox zəifdi". 
Sayt həmçinin iddia edi ki, agentləri ötən mövsüm Qazaxıstanda uğurlu oyun keçirən Emil üçün maddi planda daha yaxşı olacaq klub axtarır. 
Qeyd edək ki, yazıda Babayanın erməni əsilli olması məsələsinə ümumiyyətlə, toxunulmayıb və Emil "Tobol”u tərk edirsə, bu amilin az rol oynamayacağı qeyd edilməyib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər