Qazaxıstan klubu təmsilçimizə rəqib oldu

Qazaxıstan klubu təmsilçimizə rəqib oldu
"İnter"in Türkiyədə hazırlıq keçəcəyini və ilk sınağını Almaniyanın "Verder" klubunun 23 yaşadək komandasına qarşı verəcəyini xəbər vermişdik. Bu oyun yanvarın 12-də yox, 1 gün sonra baş tutacaq.
Artıq "İnter"in Antalyadakı sonuncu rəqibi də müəyyənləşib. Komanda yanvarın 23-də Qazaxıstanın "Atırau" klubu gücünü sınayıb vətənə dönəcək.
Qeyd edək ki, cari mövsüm Qazaxıstan Premyer Liqasında V pillədə başa vuran "Atırau" bizə tanış komandadır. Belə ki, "Qəbələ"nin sabiq baş məşqçisi Ramiz Məmmədov 2011-ci ildə qısa müddətə də olsa Atırau təmsilçisini çalışdırıb.(Qaynar.info)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər