Qazaxıstan klubu rus məşqçiylə anlaşdı - RƏSMİ

Qazaxıstan klubu rus məşqçiylə anlaşdı - RƏSMİ

Rusiyalı məşqçi Dmitri Parfyonov karyerasını Qazaxıstanda davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, o, “Aktobe”nin baş məşqçisi təyin olunub. 

Bu barədə Qazaxıstan klubunun mətbuat xidməti məlumat yayıb. 

49 yaşlı mütəxəssisin klubla əmək müqaviləsi 2024-cü ilin sonuna kimi nəzərdə tutulub.

Parfyonov əvvəllər Rusiyanın yeniyetmələrdən ibarət komandasında, “Tekstilşik”, “Tosno”, “Ural”, “Tula Arsenal”ı və “Rodina”da çalışıb.

Mövsümün sonunda "Aktobe" 26 oyunda 50 xal toplayaraq Qazaxıstan çempionatının turnir cədvəlində üçüncü yeri tutub. Yeni mövsüm gələn ilin martında başlayacaq.

Qeyd edək ki, “Aktobe” ilk üçlüyə düşmək sayəsində növbəti mövsüm üçün Konfrans Liqasına vəsiqə qazanıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər