Qazaxıstan irəlilədi, bəs millimiz? - SON SİYAHI

Qazaxıstan irəlilədi, bəs millimiz? - SON SİYAHI

Sloveniyada düzənlənən son Avropa çempionatının ardından futzal üzrə milli komandaların reytinq siyahısı yenilənib. Fanat.Az xəbər verir ki, 162 seçmənin yer aldığı cədvəldə dəyişikliklər olsa da, Azərbaycan yığması mövqeyində qalıb.

 

AVRO-2018-in qrup mərhələsində Fransa (5:3) və İspaniya (0:1), 1/4 finalda Portuqaliya (1:8) ilə qarşılaşan millimiz dünyanın 10-cu komandasıdı. Düzdü, Sloveniyadakı 3 görüş əmsalımıza təsir edib.

 

Lyublyanada 1 zəfər 2 yenilgi görən Joze Alesionun yetirmələri 14 xal itirib. Artıq yığmamızın 1454 deyil, 1440 xalı var. 

 

Yığmamızın da yer aldığı ilk "onluq”da 2 komanda irəliləyişə nail olub. Keçirdiyi bütün oyunlarda qələbə qazanan və tarixində ilk dəfə Avropa çempionu olan Portuqaliya 3 pillə irəliləyərək 4-cü yerə yüksəlib.

 

AVRO-2018-də 4-cü olan Qazaxıstan isə 8-ci pilləni 1/4 finalda dayanan Ukraynadan alıb. Millimiz indi 9-cu pillədən 42 xal geri qalır.

.

 

1. Braziliya - 1935

2. İspaniya – 1807

3. Rusiya - 1700

4. Portuqaliya - 1692

5. Argentina - 1691

6. İran - 1654

7. İtaliya - 1552

8. Qazaxıstan - 1532

9. Ukrayna - 1482

10. Azərbaycan – 1440

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər