Qavi karyerasını İngiltərədə davam etdirəcək?

Qavi karyerasını İngiltərədə davam etdirəcək?

"Mançester Yunayted" "Barselona"nın gənc ulduzu Qavi üçün 40 milyon avro və 15 milyon avro bonuslar ibarət təklif hazırlayır.

Fanat.Az xəbər verir ki, baş məşqçi Maykl Kerrik Eduard Kamavinqa ilə müqayisədə ispan yarımmüdafiəçini transfer siyahısında ilk sıraya qoyub.

Qavi özü klubdan ayrılmaq istəsə, "Barselona" onun gedişinə icazə verə bilsə də, Kataloniya təmsilçisinin təklif olunan 55 milyon avroluq paketi qəbul etməsi inandırıcı görünmür.

Gənc futbolçunun xidmətində "Bavariya" klubunun da yaxından maraqlandığı bildirilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər