Qavi ilə Pedri hə, Arauxo isə yox

Qavi ilə Pedri hə, Arauxo isə yox

"Barselona" iki futbolçusu ilə müqavilə yeniləməyə yaxındır.

Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçiləri - Qavi və Pedri ilə bu yöndə apardığı danışıqlar müsbət tamamlanmaq üzrədir.

Mərkəz müdafiəçisi Ronald Arauxo ilə bağlı durum isə fərqlidir. Uruqvaylı oyunçu hələ rəhbərliyə "hə" deməyib.

Qeyd edək ki, hər üç oyunçunun indiki müqavilələrinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər