“Qavi günahkar deyil” - "Real"ın zədələnən ulduzu

“Qavi günahkar deyil” - "Real"ın zədələnən ulduzu

"Real Madrid"in yarımmüdafiəçisi Orelyen Tçuameni "El Clasico"dan sonra klub xəstəxanasına yerləşdirilib. 

Fanat.Az xəbər verir ki, mətbuat "Barselona"nın futbolçusu Qavinin Tçuameninin ayağına bilərəkdən basdığını iddia etsə də, o, bunu inkar edib. 

"Kral klubu"nun yarımmüdafiəçisi bu haqda sosial şəbəkə hesabında bir neçə kəlmə yazıb: “Bu, Qavinin günahı deyil. İlk hissənin sonunda zədələndim”.

Xatırladaq ki, şənbə günü "Real Madrid" səfərdə "Barselona"nı 2:1 hesabı ilə məğlub edib. Madrid komandasının heyətində Cud Bellingem dubla imza atıb.

"Real Madrid" hazırda İspaniya çempionatının turnir cədvəlində birinci yerdədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər