Bu ilin fevralında "Olimpik Marsel"dən ayrılan Cennaro Qattuzo İtaliya klubunun baş məşqçisi olmağa yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Nikolo Skira yayıb.
Xəbərə görə, sabiq dayaq yarımmüdafiəçisi "Parma"nın çalışdırıcısı Eucenio Korinini əvəzləməyə əsas namizədlərdən biridir.
Qeyd edək ki, 31 tura 49 xal toplayan "Palermo" B Seriyasının turnir cədvəlində 6-cı pillədə mövqe tutub. Sözügedən komanda lider "Parma"dan 16 xal geri qalır.
Nihat