Qattuzo Buffonla görüşdü, təklifi qəbul etdi

Qattuzo Buffonla görüşdü, təklifi qəbul etdi

Klaudio Ranyerinin İtaliya millisinin baş məşqçisi postunu tutmaqdan imtinasından sonra bu vəzifəyə iki namizəd nəzərdən keçirilir.

Fanat.Az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, bunlar Rafael Benites və Cennaro Qattuzodur.

Xəbərə görə, Qattuzo milli komandanın nümayəndə heyətinin sədri Canluici Buffonla görüşüb və "skuadra adzurra"nı çalışdırmağa hazır olduğunu bildirib. 47 yaşlı sabiq dayaq yarımmüdafiəçisinin İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina ilə də müntəzəm əlaqə saxladığı vurğulanıb.

Bir müddət öncə Luçano Spalletti uğursuz nəticələr səbəbindən yığmadakı vəzifəsindən ayrılıb. DÇ-2026-nın seçmə mərhələsində səfərdə Norveç seçməsindən alınan ağır məğlubiyyət (0:3) Spalletti üçün sonuncu olub.

Qattuzo iyunun 5-də Xorvatiyanın "Hayduk" klubu ilə vidalaşıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər