Qarsiya "Real"ı Almaniya nəhənginə dəyişir

Qarsiya "Real"ı Almaniya nəhənginə dəyişir

"Real Madrid"in müdafiəçisi Fran Qarsiya qışda İspaniyanı Almaniyaya dəyişə bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb. 

Mənbənin məlumatına görə, Dortmund "Borussiya"sı 25 yaşlı oyunçu ilə müqavilə bağlamaqda maraqlıdır. "Arılar" onunla yaxında danışıqlara başlamağı və yanvar transfer pəncərəsinə qədər razılıq əldə etməyi planlaşdırır. 

Qarsiya "Kral klubu" ilə 2027-ci ilin yayına qədər məxsusdur. Futbolçunun bazar dəyəri 15 milyon avro qiymətləndirilir. 

Fran İspaniya çempionatının cari mövsümündə 5 oyun keçirib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər