İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt UEFA-da işləyəcək.
Fanat.Az “goal.com”-a istinadən xəbər verir ki, o, qitə futbol qurumunun Texniki Müşahidəçilər Komitəsinin daimi üzvü olmağa razılaşıb.
Texniki müşahidəçilər oyunların statistik və video təhlili əhatə edən hərtərəfli hesabatların yaradılmasına cavabdehdirlər. Onlara müşahidələr aparmağa kömək məqsədilə ən müasir vizuallaşdırma alətlərinə və məlumatlara çıxış imkanı verilir.
Xatırladaq ki, AÇ-2024-ün finalında Sautqeytin başçılıq etdiyi İngiltərə millisi İspaniyaya 1:2 hesabı ilə uduzmuşdu.