Qaret Beylin gələcəyi ilə bağlı açıqlama: "Real"dan gedir?

Qaret Beylin gələcəyi ilə bağlı açıqlama: "Real"dan gedir?
"Real"da qalıb-qalmayacağı bilinməyən Qaret Beyllə bağlı meneceri Conatan Barnett açıqlma verib.
Fanat.Az xəbər verir ki, "El Mundo Deportivo"ya açıqlama verən menecer uelsli ulduzun "Kral Klubu"ndan ayrılmaq istəmədiyini bildirib.
"Beyl "Real"da xoşbəxtdi. Qış fasiləsində və ya sonra Çinə getməyəcək. Mətbuatın yaydığı xəbərlər doğru deyil. Prezident Florentino Peres və baş məşqçi Zinəddin Zidanla münasibətləri çox yaxşıdı. Onun indiyədək "Real"dan ayrılmaq fikri olmayıb. Qış fasiləsində də harasa getməyi plalaşdırmır. Yay qədər "Real"da qalacaq" deyə Conatan Barnett bildirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər