"Real Madrid"in hücumçusu Qaret Beyli ailəsi və dostları bu yay klubu tərk etməyə çağırıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Eyni zamanda bildirilir ki, uelsli futbolçunun ailəsi və dostları Beylin “Real Madrid”dən öz şərtləri ilə ayrılmasını istəyir. Ailəsi hesab edir ki, o, adi bir oyunçu kimi səssizcə Real Madridi tərk edə bilməz. O, ispan nəhəngi ilə hər şeyə nail olmuş adam kimi getməlidir.
Beylin "Real Madrid"lə müqaviləsi 2022-ci ilin yayında başa çatır. İspaniya çempionatının cari mövsümündə hücumçu 3 oyunda iştirak edib və 1 qol vurub.