64 kq çəki dərəcəsində finala qədər döyüşdüyü 4 rəqibini də böyük hesabla üstələyən Lorenzo Sotomayor çempion olduqdan sonra prezident İlham Əliyevə hərbi salam verib.
Fanat.az xəbər verir ki, London-2012-nin bürünc medalçısı Vinçenzo Manqiakapre ilə qüvvəsini sınayan Kuba əsilli boksçumuz inamlı qələbə sayəsində qızıl medala layiq görülüb. O, final qarşılaşmasını 3:0 hesabı ilə xeyrinə bitirib.
Lorenzo Sotomayor daha sonra prezident İlham Əliyevin oyunları izlədiyi yerə dönərək prezidentə hərbi salam verib.





Fanat.az