“Qaradağ Lökbatan” bəyanat yaydı - FOTO

“Qaradağ Lökbatan” bəyanat yaydı - FOTO
"Qaradağ Lökbatan" "Şahdağ"la oyunda baş verənlərlə bağlı bəyanat yayıb. Bəyanıtı olduğu kimi təqdim edirik: 
"11.09.2014-cü il tarixdə I divizionun II turu çərçivəsində keçirilmiş "Şahdağ” - "Qaradağ Lökbatan" matçının 9-cu dəqiqəsində "Şahdağ” klubunun futbolçusu Məhəmməd Hüseynov "Qaradağ Lökbatan” klubunun üzvü Timur Dadaşova qarşı aşkar kobudluq edərək onun ayağını sındırıb. Futbolçu saat 17.40-da zədələnərək meydanı tərk etdikdən sonra xəstəxanaya aparılsa da, orada Timur Dadaşova qeyri-peşəkar səviyyədə yanaşılıb. Belə bir şəraitdə xəstəyə heç bir cərrahi müdaxilə edilməyib və ayağını itirmək təhlükəsi ilə üz-üzə qalan futbolçu yalnız 4-5 saatdan sonra “Qaradağ Lökbatan” klubunun rəhbərliyinin məsələyə müdaxiləsi nəticəsində, təxminən saat 22.15 radələrində Bakıya yola salınıb. Paytaxtda dərhal əməliyyat olunan Timur Dadaşovun səhhəti kafidi və onun futbolçu karyerasını davam etdirib-etdirməyəcəyi sual doğurur. Məsələ ilə bağlı “Şahdağ” klubu bəyanat yayaraq Timur Dadaşova lazımi tibbi yardım göstərildiyini və "Qaradağ Lökbatan” rəsmilərinin bu barədə mətbuatda yanlış informasiyalar yaydığını bildirib. Bir daha qeyd edirik ki, bəyanatda ünvanımıza səsləndirilən ittihamların heç biri həqiqəti əks etdirmir və tamamilə əsassızdı. Qusar rayon xəstəxanasında Timur Dadaşova göstərilən tibbi yardımın xərcləri tam şəkildə “Qaradağ Lökbatan” klubunun rəhbərliyi tərəfindən ödənib. Sadəcə olaraq adı çəkilən xəstəxanada futbolçunun durumuna peşəkar səviyyədə yanaşılmadığından onun Bakıya göndərilməsinə ehtiyac yaranmışdı. İnanırıq ki, futbolumuzda bu kimi hallar bir daha təkrarlanmayacaq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər