Qara Qarayevi istəyən klubda şok: baş məşqçi getdi

Qara Qarayevi istəyən klubda şok: baş məşqçi getdi
Türkiyə Super Liqasında gözlənilməz istefa reallaşıb. Fanat.az xəbər verir ki, ötən gün fəaliyyətə başlayan "Mersin İdman Yurdu"nun baş məşqçi Hakan Kutlu postundan ayrılıb.
Kutlu yaydığı yazılı açıqlamada bildirib ki, klub prezidenti Ali Kahramanlının açıqlamaları onda çaşqınlıq və məyusluq yaradıb: "Bu vəziyyətdə işə davam etməyib mümkün deyil. Klub prezidenti mənim bu post üçün uyğun mütəxəssis olmadığımı düşündüyünü deyib. Haqlıdı. Çünki mən və köməkçilərim 9 ay maaş almadan bu klubu Super Liqaya gətmirmişik, büdcəyə 50 milyon lirənin daxil olmasını təmin etmişik".
Qeyd edək ki, Hakan Kutlu Bülent Korkmazın yerinə keçmişdi. Bülent Korkmaz Qara Qarayevlə Tural Rzayevin transferini istəsə də, istefasından sonra bu keçidlər baş tutmamışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər