"Əlincə"dən "Malaqa"ya transfer olunan Qara Qarayev İspaniya klubunun heyətində ilk matçını keçirib. Fanat.az xəbər verir ki, Qarayev "Betis"lə keçirilən yoxlama matçında meydana çıxıb.
Gənc futbolçu ikinci hissədə forma geyinib. Qara 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Görüş "Malaqa"nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Fanat.az