Qara Qarayev: "Liderlik bizə xüsusi heç nə vermir"

Qara Qarayev: "Liderlik bizə xüsusi heç nə vermir"
"Təlim-məşq toplanışımız gözlədiyimiz ruhda davam edir. Bütün komanda məşqlərdə var gücüylə çalışır. Sevindirici haldı ki, zədəlimiz yoxdu. Sadəcə Rəşaddı ki, kapitan da artıq fərdi də olsa məşqlərə başlayıb". Fanat.az xəbər verir ki, bu sözləri Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ın futbolçusu Qara Qarayev deyib.
Gənc futbolçu çempionatın qalan hissəsi ilə bağlı da danışıb: "Bilirik ki, bizi çətin 2-ci yarı gözləyir. Qışa lider kimi yollanmağımız bizə xüsusi heç nə vermir. Düzdü, hələki hər kəsdən çox xal toplamağımız yaxşıdı. Amma, bu da var ki, qışdan sonra daha çətin olacaq. Xususilə, ilk yarıda iddialılarla oyunlarda daha yaxşı oyun sərgiləsək də, digər rəqiblərə qarşı oyunlarda gözlənilməz xal itkiləriylə qarşılaşdıq. İndi rəqiblər bizə qarşı daha yaxşı hazırlaşacaqlar. Ona görə də başa düşürük ki, indiki məqamda çempionata yaxşı hazırlaşmağımız necə vacibdi. Hər kəsin bunu yaxşı anlayır. Hər kəs öz işini görür. Hələ 2 həftə burdayıq. Təlim-məşq toplanışından maksimum yararlanmaq istəyirik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər