Türkiyədən dönərək artıq iki gündü ki, Bakıda məskunlaşan “Xəzər Lənkəran” bu gün oyun öncəsi son məşqinə çıxıb. Fanat.az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda baş tutan hazırlıq kəskin hava şəraitinə baxmayaraq bir saat davam edib. Adrian Pit və Slavik Alxasov zədəli olduqlarına görə fərdi məşqlə kifayətləniblər.
Fanat.az