Qapıçı Orxan Sadıqlının yeni iş yeri məlum oldu

Qapıçı Orxan Sadıqlının yeni iş yeri məlum oldu

Ötən mövsümün mart ayına qədər 1-ci Liqada "Mingəçevir"in uğurları üçün çalışan qapıçı Orxan Sadıqlının yeni iş yeri bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 33 yaşlı qolkiper yeni mövsümə də 1-ci Liqada başlayacaq.

Belə ki, Sadıqlı "Karvan-Yevlax"la anlaşıb.

Xatırladaq ki, geridə qalan mövsümdə Misli Premyer Liqasındakı mübarizəni turnir cədvəlinin sonuncu pilləsində başa vuran "Karvan-Yevlax" aşağı liqaya düşüb. Yevlax təmsilçisi ilə vidalaşan baş məşqçi Füzuli Məmmədov "Şahdağ Qusar"ın "sükanı arxası"na keçdiyi üçün komanda "Mingəçevir"dən ayrılan Ramiz Məmmədova tapşırılıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər