Qana və Əlcazair dünya çempionatında

Qana və Əlcazair dünya çempionatında
DÇ-2014-ə vəsiqə qazanan daha iki komandanın adı müəyyənləşib. Fanat.az xəbər verir ki, mundialın növbəti iki iştirakçısı Afrika təmsilçisi olub.
Qana yığması Misirin qonağı olub. İlk oyunda 6:1 hesablı qələbə qazanan qanalılar bu dəfə məğlubiyyətlə barışıb - 1:2. Bununla da Qana dünya çempionatına vəsiqə əldə edib.
Digər vəsiqəyə isə Əlcəzair sahib çıxıb. Bu komanda İlk oyunda 2:3 hesabı ilə yenildiyi Burkina Fasonu 1:0 hesabı ilə udaraq Braziliyaya bilet sifariş edib.
Qeyd edək ki, bundan əvvəl Afrikadan Kamerun, Kot`D-İvuar və Nigeriya dünya çempionatına vəsiqə qazanmışdı. Bununla da mundialın 32 iştirakçısından 26-sı müəyyənləşib. Daha 4 komandanın adına bu gecə Avropada keçiriləcək play-off oyunlarından sonra aydınlıq gələcək. Daha iki iştirakçı isə sabah baş tutacaq qitələrarası play-off oyunlarında Braziliyaya vəisqə əldə edəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər