Qaltye PSJ-nin məğlubiyyətinin səbəbini belə izah etdi

Qaltye PSJ-nin məğlubiyyətinin səbəbini belə izah etdi

PSJ-nin baş məşqçisi Kristof Qaltye komandasının Liqa 1-in 29 cu turunda "Olimpik Lion"a məğlubiyyətini şərh etdi.

Fanat.Az xəbər verir ki, parislilərin mətbuat xidməti onun dediklərini belə çatdırıb:

"Yaxşı başlamışdıq. Oyunun əvvəllərində həm Mbappenin, həm də Vitinyanın əla imkanları oldu. Müdafiədə çox pis oynadıq. Rəqibin çox sayda əks-hücumlar qurmasına mane ola bilmədik. Komandamız sanki iki yerə bölünmüşdü. Bu, ilk 25 dəqiqədən sonra rəqibdə özünəinam, bizdə isə öz bacarığımıza qarşı şübhələr yaratdı. İstənilən halda, fasiləyədək hesab açılmadı...

 Matçın 55-ci dəqiqəsində qol buraxandan sonra isə vəziyyəti dəyişməyə fərdi bacarığımız, qətiyyətimiz, xarakterimiz və qürurumuz çatmadı. Bu, çətin durumdur".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər