Qalsın, yoxsa getsin? - "Bavariya" seçim qarşısında

Qalsın, yoxsa getsin? - "Bavariya" seçim qarşısında
"İnter" və "Bavariya" may ayının sonuna kimi İvan Perişiçin gələcəyi ilə bağlı qərar qəbul etməlidilər.
"Bavariya" 20 milyon avro qarşılığında Perişiçin transfer hüquqlarını ələ keçirmək haqqına sahibdi. Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Münhen klubu bu opsiyadan istifadə etməyəcək.
"Bavariya" daha əvvəl xorvat futbolçunun satınalma bəndindən faydalanmaq barədə düşünsə də, koroanvirus pandemiyası ilə əlaqədar yaranan böhran vəziyyəti klubun planlarına təsir edib. İndi Almaniya təmsilçisi Perişiçi növbəti dəfə icarəyə götürmək variantını ciddi şəkildə gözdən keçirir.
31 yaşlı oyunçu "İnter"in baş məşqçisi Antonio Kontenin planlarına daxil deyil. Digər tərəfdən, o, illik 4,6 milyon avro məvacib alır. Bu səbəbdən də "neradzurri"nin Perişiçin xidmətində maraqlı olmadığı bildirilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər