"Qalib gələ bilərdik" - Rüstəm Məmmədov

"Qalib gələ bilərdik" - Rüstəm Məmmədov

Birinci Liqanın 2-ci turunda doğma meydanda "Difai Ağsu" komandası doğma meydanda "Zaqatala" ilə qolsuz "sülh "ə razılaşdı. Qonaq komandanın baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb oyunla bağlı fikirlərini öyrəndik.

Məmmədovun Fanat.Az-a açıqlaması belə oldu:

"Qalib ayrıla bilərdik. Üstünlük tam bizim tərəfimizdə idi. Oyuna nəzarət edirdik. Rəqib komandanın təcrübəli oyunçuları var. Meydança çox da yaxşı vəziyyətdə deyildi. Buna baxmayaraq qol imkanlarımız oldu. İstifadə edə bilmədik. Yaxşı oynadığımız epizodlar var idi. Bu oyunda təkcə qələbə çatmadı. Növbəti oyuna daha yaxşı hazırlaşıb xal qazanmağa çalışacağıq".

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər