"Qalatasaray"ın ulduz futbolçusu Markao Türkiyə Super Liqasının ilk turunda "Giresunspor"la oyunda dalaşdığı komanda yoldaşı Kerem Aktürkoğlu ilə münaqişə barədə açıqlama verib.
Fanat.Az xəbər verir ki, 8 oyunluq cəzadan sonra sıraya dönən braziliyalı günahkar olduğunu etiraf edib.
"Özümü idarə edə bilmədim, yüzdə yüz günahkaram. Hadisədən sonra baş məşqçimiz Fatih Terimlə danışdıq. O, səhv etdiyimi, ancaq bu hadisəni unutmağı, vaxta ehtiyacımız olduğunu, mənə dəstək olacaqlarını, bir müddət komandadan uzaq qalacağımı və ailəmlə vaxt keçirməli olduğumu söylədi. O, həmişə mənə dəstək olub. Çətin dövrdən keçdim, uzun müddət oynamadım. Arzuolunmaz hadisə baş verdi, psixoloji cəhətdən çətin anlar yaşadım. Bu etməməli olduğum bir şey idi. Kərəmdən və ailəsindən üzr istədim. Təəssüf ki, bəzən insanlar duyğularını idarə edə bilmirlər. Düşünmək, özümü tənqid etmək imkanım oldu. Çox çətin vaxt idi. Kərəmlə aramda artıq heç bir problem yoxdur. İkimiz də “Qalatasaray” üçün mübarizə aparırıq".
Mirağa