"Qalatasaray"ın stadionunda kran aşdı, 3 nəfər yaralandı

"Qalatasaray"ın stadionunda kran aşdı, 3 nəfər yaralandı

“Qalatasaray" klubunun stadionunda kranın aşması nəticəsində qorxulu anlar yaşanıb.

Fanat.Az xəbər verir ki, Sarıyerdəki "Ali Sami Yen" arenasında hadisə bu gün saat 13 radələrində baş verib. 

Kranın aşması nəticəsində səbət hissəsində olan 3 nəfər yaralanıb. İşçilərin xəbərdarlığı ilə hadisə yerinə təcili yardım, xilasetmə və polis qrupu cəlb olunub.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb. Aşan kranın çıxarılması istiqamətində işlər davam etdirilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər