"Qalatasaray"ın rusdan imtinasının səbəbi açıqlandı

"Qalatasaray"ın rusdan imtinasının səbəbi açıqlandı

Moskva "Dinamo"sunun və Rusiya millisinin hücumçusu Fyodor Smolov bu yay "Qalatasaray"a keçməyə çox yaxın olub.

Fanat.Az "Çempionat"a istinadən xəbər verir ki, İstanbul nəhəngi Moskva təmsilçisi ilə keçidin bütün detallarını razılaşdırsa da, Smolovun avqustda zədələnməsi "aslanlar"ın transferdən vaz keçməsini şərtləndirib.

Qeyd edək ki, bu mövsüm "Dinamo" forması ilə bütün turnirlərdə 14 matça çıxan Smolov 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 6 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər