"Qalatasaray"ın "Laz Ziya"sı - FOTO

"Qalatasaray"ın "Laz Ziya"sı - FOTO

"Qalatasaray"ın və Türkiyə futbolunun ulduz isimlərindən olan Arda Turan özünü "Kurtlar vadisi" serialının "Laz Ziya"sına bənzədib. 

Fanat.Az xəbər verir ki, hazırda zədəli olan yarımmüdafiəçi paltardəyişmə otağından çəkdiyi şəkli sosial şəbəkə hesabından paylaşıb.

Çəliklə hərəkət edən futbolçu serialın "Laz Ziya"sı olduğunu göstərərkən, onun qarşısında boynubükük dayanan komanda yoldaşı Alparslan Öztürk "Orhan" rolunu yerinə yetirib.  

"Qalatasaray"ın "Laz Ziya"sı - FOTO

Qeyd edək ki, "Qalatasaray"ın 34 yaşlı yarımmüdafiəçi Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Danimarkada "Randers"ə qarşı keçirdikləri matçda (1:1) topuğundan xəsarət alıb. Ardanın nə vaxt sıraya dönəcəyi bilinmir. Türkiyə mətbuatı "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin onu mövsümün sonunda məşqçilər korpusuna daxil edəcəyini iddia edir.  Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər