"Qalatasaray"ın hücumçusuna Rusiyadan təklif gəldi

"Qalatasaray"ın hücumçusuna Rusiyadan təklif gəldi

"Qalatasaray"ın hücumçusu Barış Yılmaz Rusiyanın "Krılya Sovetov" klubundan təklif alıb.

Fanat.Az championat.com-a istinadən xəbər verir ki, ruslar Barışın agenti Tuqay Maldan ilə əlaqə saxlayıb.

Hücumçunun təmsilçisi isə qarşı tərəfə Yılmazın İstanbul klubu ilə müqaviləsi olduğunu deyib və ilk növbədə "Qalatasaray"a təklif göndərməyi məsləhət görüb.

Türkiyə mənbələri isə bu keçidin baş tutmayacağı barədə müxtəlif informasiyalar yayıb. Yazılanlara inansaq, "Krılya Sovetov" Barışı icarəyə götürmək istəyib, ancaq "sarı-qaralar"ın baş məşqçisi Okan Buruk sözügedən futbolçuya ehtiyacı olduğunu bildirərək keçidi əngəlləyib.

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər