"Qalatasaray"ın Avroliqadakı rəqibi baş məşqçisini qovdu

"Qalatasaray"ın Avroliqadakı rəqibi baş məşqçisini qovdu
"Benfika” baş məşqçisi Ruy Vitoriyanı istefaya göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb. 
48 yaşlı mütəxəssisin istefaya göndərilməsinə komandanın uğursuz nəticələri səbəb olub. Vitoriya 2015-ci ildən "Benfika”nın baş məşqçisi idi. Komanda onun rəhbərliyi altında 2015/16 mövsümündə ölkə çempionu olsa da, cari çempionatda 15 turdan sonra 32 xalla 4-cü pillədə qərarlaşıb.
Lissabon təmsilçisi Çempionlar Liqasında qrup mərhələsini 3-cü pillədə başa vuraraq Avropa Liqasının 1/16 finalına vəsiqə qazanıb. "Benfika”nın rəqibi isə "Qalatasaray”dı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər