“Qalatasaray”dan yeni rekord

“Qalatasaray”dan yeni rekord

Türkiyə Super Liqasının 15-ci turunun “Kasımpaşa” ilə ev oyunu “Qalatasaray” üçün əlamətdar olub.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi bu oyunda 1:0 hesabıyla qalib gəlməklə yeni rekorda imza atıb.

Ardıcıl 14-cü qələbəsini qazanan “sarı-qırmızılar” “Beşiktaş”a məxsus əvvəlki rekordu (13 qələbə) geridə qoyub.

“Qalatasaray” həm də Super Liqada İstanbul komandalarına qarşı keçirdiyi oyunlarda ardıcıl 9-cu qələbəsini qazanıb. Bununla da sözügedən klub əzəli rəqibi “Fənərbaxça”ya məxsus rekordu təkrarlayıb. Bu komanda “Fatih Karagümrük”ə qarşı keçirəcəyi oyunda qələbə qazanacağı halda bu rekordu da qırmış olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər