“Qalatasaray”dan Mançesterdə qələbə, “Arsenal” səfərdə uduzdu

“Qalatasaray”dan Mançesterdə qələbə, “Arsenal” səfərdə uduzdu

Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna start verilib.

Fanat.Az xəbər verir ki, bu gün 8 görüş baş tutub.

“Qalatasaray” İngiltərədə “Mançester Yunayted”in qonağı olub və sürpriz qələbəyə imza atıb. Qrupun digər oyununda “Bayern” səfərdə “Kopenhagen”ə qalib gəlib.

“Lans”ın qonağı olan “Arsenal” bu dəfə məğlubiyyətə üzülüb. Günün daha bir diqqətçəkən matçında “Napoli” ilə “Real” üz-üzə gəlib. Madrid təmsilçisi çətin səfərdən qələbə ilə qayıdıb. “Union Berlin” də “Braqa”ya evdə uduzub. “İnter” də “Benfika”nı tək qolla üstələyib.

UEFA Çempionlar Liqası Qrup mərhələsi, 2-ci tur 3 oktyabr

A qrupu

“Kopenhagen” (Danimarka) - “Bayern” (Almaniya) 1:2 Qollar: Lerager, 56 – Musiala, 67. Tel, 83.

“Mançester Yunayted” (İngiltərə) – “Qalatasaray” (Türkiyə) 2:3 Qollar: Hoylund, 17; 67 – Zaha, 23. K.Aktürkoğlu, 71. İkardi, 81.

Xal: Bayern – 6. Qalatasaray – 4. Kopenhagen – 1. Mançester Yunayted – 0.

B qrupu

“Lans” (Fransa) – “Arsenal” (İngiltərə) 2:1 Qollar: Tomasson, 25. Vahi, 69 – Q.Jezus, 14.

PSV (Niderland) – “Sevilya” (İspaniya) 2:2 Qollar: De Yonq, 86. Teze, 90+5 – Qudel, 68. En Nesiri, 87.

Xal: Lans – 4. Arsenal – 3. Sevila – 2. PSV – 1.

C qrupu

“Union Berlin” (Almaniya) – “Braqa” (Portuqaliya) 2:3 Qollar: Bekker, 30; 37 – Niakate, 41. Bruma, 51. Kastro, 90+4.

“Napoli” (İtaliya) – “Real” (İspaniya) 2:3 Qollar: Ostiqard, 19. Zelinski, 54-pen – Vinisius, 27. Bellingem, 34. Meret, 78-öz qapısına.

Xal: Real – 6. Napoli – 3. Braqa – 3. Union Berlin – 0.

D qrupu

“Zalsburq” (Avstriya) – “Real Sosyedad” (İspaniya) 0:2 Qollar: Oyarzabal, 7. B.Mendes, 27.

“İnter” (İtaliya) – “Benfika” (Portuqaliya) 1:0 Qol: M.Türam, 62.

Xal: Real Sosyedad – 4. İnter – 4. Zalsburq – 3. Benfika – 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər