“Qalatasaray”da növbəti ayrılıq

“Qalatasaray”da növbəti ayrılıq

“Qalatasaray”ın hücumçusu Barış Alper Yılmaz karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Fotospor" yayıb.

Xəbərə görə, gənc forvard "Napoli" nin diqqət mərkəzindədir.

İtaliya təmsilçisi keçidin baş tutması üçün İstanbul klubuna bonuslarla bərabər 20 milyon avro təklif edib. 

Qeyd edək ki, Barış cari mövsüm "Qalatasaray" forması ilə Super Liqada 21 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər