“Qalatasaray”da növbəti ayrılıq

“Qalatasaray”da növbəti ayrılıq

"Qalatasaray"a böyük ümidlərlə gələn Kerem Demirbay yanvarda komandadan ayrıla bilər.

Fanat.Az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul nəhəngində kifayət qədər forma şansı qazana bilməyən yarımmüdafiəçi klubunu dəyişmək niyyətindədir.

"Qalatasaray"la 3 illik müqaviləsi olan Demirbay Almaniyaya qayıda bilər.

Məlumata görə, "Qalatasaray"dakı mövqeyində 4-cü alternativ oyunçu olan Kerem Demirbay yenidən Bundesliqaya qayıtmağı səbirsizliklə gözləyir.  Demirbay "Union Berlin" və "Verder Bremen"in diqqət mərkəzinə düşüb. 

Qeyd edək ki, Kerem Demirbay bu mövsüm sarı-qırmızılı forma ilə 15 matçda 630 dəqiqə meydanda olub. O, bu matçlarda cəmi 1 məhsuldar ötürmə verə bilib. Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər