"Qalatasaray" yeni "10 nömrə" gətirir

"Qalatasaray" yeni "10 nömrə" gətirir

Transfer çalışmalarını davam etdirən "Qalatasaray" heyətini hücumameyilli yarımmüdafiəçi ilə gücləndirməyə hazırlaşır.

Fanat.Az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul nəhəngi "Başakşehir"in futbolçusu Berkay Özcanı transfer etməyi planlaşdırır.

Xəbərə görə, "sarı-qırmızılar"ın baş məşqçisi Okan Buruk bu komandada işlədiyi dönəmdən tanıdığı Berkay ilə şəxsən əlaqə saxlayıb. Mənbə "Başakşehir"in   2020-ci ildə qazandığı Türkiyə çempionluğuna böyük qatqısı olan "10 nömrə"nin iş yerini dəyişmək və Burukun rəhbərliyi altında "Qalatasaray"da top qovmaq istədiyini bildirib. Tərəflərin yaxın günlərdə bu transferi tamamlamaq üçün rəsmi əlaqə quracaqları vurğulanıb.

"Qalatasaray" yeni "10 nömrə" gətirir

Qeyd edək ki, Almaniyanın "Ştutqart" klubunun yetirməsi olan 24 yaşlı Berkay Özcan Türkiyə millisinin də üzvüdür. O, 2018-ci ildən dəvət aldığı yığmada 6 matça çıxıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər