"Qalatasaray" yarımmüdafiəçisini satacaqmı?

"Qalatasaray" yarımmüdafiəçisini satacaqmı?

"Qalatasaray"ın yarımmüdafiəçisi Aleksandru Çikıldeuya iki yeni təklif gəlib.

Fanat.Az xəbər verir ki, yeni mövsümdə heyətdə özünə yer tapa bilməyən və daha çox oynayacağı komandaya keçmək istəyən rumıniyalı yarımmüdafiəçi Türkiyə və İtaliya klublarının hədəfindədir.

25 yaşlı futbolçunu transfer etmək istəyən klublardan biri "Sivasspor"dur. Super Liqa təmsilçisi Çikaldaunu 1 mövsümlük icarəyə götürmək istəyir.

Digər təklif isə İtaliya klubu "Sampdoriya"dır. A Seriya təmsilçisi Rumıniya millisinin üzvünü transfer etmək üçün "Qalatasaray"a 5 milyon avro təklif edib. İstanbul nəhəngi isə yarımmüdafiəçini 7,5 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər