"Qalatasaray" Moskva "Spartak"ının hücumçusu Cordan Larssonu heyətinə qatmaq üzrədir.
Fanat.Az "Takvim"ə istinadən xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Fatih Terim Larssonun bu qış icarəyə götürülməsini istəyir.
Mənbə Türkiyə nəhənginin sonradan sözügedən forvardın transfer hüquqlarına yiyələnməyi də hədəflədiyini vurğulayıb.
Qeyd edək ki, 2019-cu ildən "Spartak"da oynayan Larsson ötən mövsüm Rusiya Premyer Liqasında 29 matça çıxaraq 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Cari "futbol ili"ndə isə isveçli futbolçu bütün turnirlər daxil olmaqla, paytaxt komandasında keçirdiyi 11 oyunda nə qol vurub, nə də məhsuldar ötürmə müəllifi olub.
Nihat