Nigeriya millisinin forvardı Ahmed Musa karyerasını "Qalatasaray"da davam etdirməyə çox yaxındır.
Fanat.Az "Fanatik"ə istinadən xəbər verir ki, 28 yaşlı İstanbul nəhəngi ilə razılığa gəlib.
Oktyabrda "Əl-Nəsr"dən (Səudiyyə Ərəbistanı) ayrılan və azad agent statusu daşıyan Musanı klubun irəli sürdüyü şərtlər qane edib.
Qeyd edək ki, bir müddət öncə Ahmedin 2012-2016 aralığında formasını geyindiyi Moskva MOİK-inə dönəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Fanat.Az