"Qalatasaray" niderlandlı ulduzla güclənir

"Qalatasaray" niderlandlı ulduzla güclənir

"Qalatasaray" heyətinə ulduz futbolçu qatmağı planlaşdırır. 

Fanat.Az xəvər verir ki, İstanbul təmsilçisi "Tuluza"nın 27 yaşlı yarımmüdafiəçisi Branko van den Bomeni transfer etməyə hazırlaşır. 

"Sarı-qırmızılar"ın nümayəndələri niderlandlı futbolçunu canlı izləyirlər. Həm skautlar, həm də texniki heyət tərəfindən bəyənilən yarımmüdafiəçi ilə cümə günü keçirəcəkləri yoxlama oyunundan əvvəl görüşməyi planlaşdırırlar. 

Bu mövsüm Fransa I Liqasında 15 matçda meydana çıxan Bomen 1 qol vurub, 4 məhsuldar ötürmə verib. Transfer dəyəri 7 milyon avro olaraq qiymətləndirilən Brankonun klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər