"Qalatasaray" Niderland klubundan milli üzvü alır

"Qalatasaray" Niderland klubundan milli üzvü alır

"Qalatasaray" yeni futbolçu transfer edir.

Fanat.Az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Niderlandın "AZ Alkmaar" klubunun yarımmüdafiəçisi Fredrik Midtşyönü heyətinə qatır.

29 yaşlı oyunçunun "Qalatasaray"la müqavilə imzalamaq üçün bu gün axşam saatlarına İstanbula gələcəyi bildirilib..

Qeyd edək ki, Norveç millisinin üzvü ötən mövsüm Niderland Erediviziyasında 29 oyuna çıxıb və 5 məhsuldar ötürmə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər