"Qalatasaray" mövsümə 21 qol vuran kolumbiyalıya elçi düşdü

"Qalatasaray" mövsümə 21 qol vuran kolumbiyalıya elçi düşdü

"Qalatasaray" heyətinə yeni hücumçu qatmaq üzrədir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Transfermarkt" yayıb.

Məlumata görə, İstanbul nəhəngi "Krasnodar"ın kolumbiyalı forvardı Con Kardobanı 7-8 milyon avro qarşılığında rənglərinə bağlamağa hazırdır. Mənbə Kardobanın özünün də bu varianta isti yanaşdığını və Çempionlar Liqasında top qovmağı arzuladığını diqqətə çatdırıb.

30 yaşlı Kardobanın Rusiya təmsilçisi ilə olan müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq. Son mövsümdə "Krasnodar" forması ilə bütün turnirlərdə 37 matça çıxan cənubi amerikalı 21 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

"Qalatasaray" 2022/2023 mövsümündə Türkiyə Super Liqasının qalibi olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər