Qalatasaray Litseyinə "Fənərbaxça"lı direktor təyin edildi, ara qarışdı

Qalatasaray Litseyinə "Fənərbaxça"lı direktor təyin edildi, ara qarışdı
Qalatasaray Litseyinə "Fənərbaxça"lı direktor təyin edilib.
Fanat.Az xəbər verir ki, Təhsil Nazirliyinin qərarına əsasən, litseyə bundan sonra Vahdettin Engin başçılıq edəcək.
Bu isə "Qalatasaray" azarkeşlərinin etirazına səbəb olub. Bu gün İstanbul klubu da bəyanat yayaraq təyinata etiraz edib.
"Qurucumuz olmasından şərəf və qürur duyduğumuz, bununla hər zaman iftixar elədiyimiz Qalatasaray Litseyimizə rəqib komandanın azarkeşi olan bir nəfərin direktor təyin edilməsi camiəmizi dərindən yaraladı. Başqa rənglərə könül vermiş birinin "Qalatasaray" İdman Klubu İdarə Heyətinin simvolik də olsa, üzvü olması qəbul edilə bilməz. Ənənələrimizə hörmətsizlik olan bir təyinatın camiəmizin gözləntilərinə uyğun bir şəkildə düzəldilməsini gözləyirik" deyə "Qalatasaray"ın bəyanatında bildirilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər