İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Quardiolanın köməkçisi Domenek Torren "Qalatasaray"ın baş məşqçisi olmağa əsas namizədlərdəndir.
Fanat.Az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 60 yaşlı ispaniyalı mütəxəssislə danışıqlara başlayıb.
Rəhbərliyin bu posta ilk namizədi Okan Burukdur. Ancaq idarəçilər arasında 49 yaşlı Buruku komandanın "sükanı arxası"nda görmək istəməyənlər də mövcuddur.
Bundan başqa, "aslanlar"ın mövsümü müvəqqəti baş məşqçi ilə bitirmək ehtimalı da var.
Qeyd edək ki, "Qalatasaray" bu gün Fatih Terimlə yolları ayırıb.