“Qalatasaray” - “Fənərbaxça” oyununa hakim təyinatı

“Qalatasaray” - “Fənərbaxça” oyununa hakim təyinatı
Türkiyə Super Liqasında VI turunda "Qalatasaray” və "Fənərbaxça” arasında keçiriləcək derbini idarə edəcək hakimin adı açıqlanıb. 
Fanat.az xəbər verir ki, matç Cüneyt Çakıra tapşırılıb. 
O, sentyabrın 28-də baş tutacaq matçda baş hakim olacaq. "Türk Telekom Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. 
Qeyd edək ki, 5 turdan sonra "Fənərbaxça” 10 xalla turnir cədvəlində ikinci yerdədir. Ondan 2 xal geri qalan "Qalatasaray” isə 7-ci pillədə qərarlaşıb. 
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər