"Qalatasaray" ərəblərdən FİFA-ya şikayət ünvanladı

"Qalatasaray" ərəblərdən FİFA-ya şikayət ünvanladı
"Qalatasaray" FİFA-ya şikayət məktubu ünvanlayıb.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanı klubu "Əl-Hilal”ın hücumçu Batefimbi Qomisin transferinə görə son ödənişi etmədiyini bildirib.
"Cim-bom” fransalı forvardı 2018-ci ildə ərəblərə 6 milyon avroya satıb. Son ödəniş vaxtında olmadığı üçün türklər FİFA-ya şikayət ediblər. Həmçinin maaşını ala bilməyən Qomis özü də ali futbol qurumuna müraciət etməyə hazırlaşır.
Qomis 2017/18 mövsümündə "Qalatasaray”da çıxış edib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər