"Qalatasaray" baş məşqçisi Domenek Torreni istefaya göndərib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
İstanbul təmsilçisi ispaniyalı mütəxəssislə müqaviləyə vaxtından əvvəl xitam verib. Torren ilə yanaşı, köməkçilərinə də qapı göstərilib.
Qeyd edək ki, bu ilin yanvarında "Qalatasaray"a keçən 60 yaşlı mütəxəssisin klubla 2023-cü ilin yayınadək müqaviləsi var idi.