"Qalaktikos", yoxsa Mbappeli "Real?" - Fiqu cavablandırdı

"Qalaktikos", yoxsa Mbappeli "Real?" - Fiqu cavablandırdı

Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi Luiş Fiqu o vaxtkı “Qalaktikos”u “Real”ın hazırkı heyəti ilə müqayisə edib. 

Fanat.Az xəbər verir ki, veteran futbolçu "O Jogo"-nun "Qalaktikos" yoxsa Mbappeli "Real" güclüdür" sualını belə cavablandırıb: 

“Qalaktikos" və "Real" qalib gələrdi? Bilmirəm, mən falçı deyiləm. Fərqli nəsilləri müqayisə etmək düzgün deyil, çoxlu müxtəlif amillər var. Futbolçular fərqlidir, indi futbol on il əvvəlki kimi deyil. Hər iki komanda çox güclüdür, ona görə də cavab vermək mənim üçün çətindir”. 

“Kral klubu" İspaniya çempionatının bu mövsümündə 65 xalla turnir cədvəlinə inamla başçılıq edir. Karlo Ançelottinin komandası ən yaxın izləyicisini 6 xal qabaqlayır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər